
Ramazanda ÇOX YATMAQ doğrudurmu?
Ramazanın yaz və yay aylarına təsadüf etməsi daha uzun müddət oruclu qalmaq deməkdir.
Uzun müddət yemək-içməkdən imtina etmək insanda halsızlığa, yorğunluğa səbəb olur. İnsanda yatmaq istəyi yaranır. Bəzən də oruc tutanlar günün çox hissəsini yatırlar. Oruclu insanın uzun saat yatmağı istər tibbi, istərsə də dini cəhətdən nə dərəcədə normal hesab olunur?
Oruc tutan şəxs sübh azanı verilən andan axşam azanına kimi hansı əməlləri yerinə yetirməlidir?
Mövzu ilə bağlı Lent.az-ın suallarını cavablandıran həkim-terapevt İbrahim Əfəndiyevin sözlərinə görə, oruc tutan insanların yatmağı normaldır:
“Orucluqda ac və susuz qalan insanın yorğun düşüb yuxusu gəlməsi normal haldır. Oruc tutmaq tək ac qalmaq demək deyil, o baxımdan dini əməllər yerinə yetirilməlidir. Təmiz havada gəzmək olar. Lakin yuxusu gələn insanın özünü yatmamağa məcbur etməsi də düzgün deyil. Onu da deyim ki, səhər imsaka durmayan insanlarda yorğunluq, yuxusuzluq halı daha çox hiss olunur. Səhər yeməyini yemək düzgün qidalanmaq və lazımı vitamin mineralı qəbul etmək lazımdır.”
Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri vəzifəsinin müvəqqəti icraçısı Vüsal Cahangiri Lent.az-a bildirdi ki, Ramazan ayı çox fəzilətli aydır:
“Quran bu ayda nazil olub. Ramazan ayında oruc tutmaq ibadətləri yerinə yetirmək lazımdır. Bu ayda günün çox hissəsini yuxuda keçirmək düzgün deyil. Təbii ki, insan özünü çox yorğun, halsız hiss edəndə 1-2 saat yatıb dincələ bilər. Bir müsəlman bu ay üçün nəzərdə tutulan əməlləri yerinə yetirdikdən sonra yatırsa, bu özü də bir ibadətdir: İmsak və iftar vaxtlarının arasında namaz və ibadətlərə əməl etmək lazımdır”.
Oxşar yazılar

Bakıda "Jiquli" "BMW"-yə çırpıldı, xəsarət alanlar var
22 aprel 2025 , 01:16
Cəlilabadda FACİƏ: 8 yaşlı uşaq hasarın altında can verdi
21 aprel 2025 , 22:15
Sumqayıt tekstil fabrikində zəhərlənənlərin sayı 21 nəfərə çatdı - YENİLƏNİB
21 aprel 2025 , 20:28
14 yaşlı qız tualetdə doğduğu körpəni zibil qutusuna atdı
21 aprel 2025 , 19:59
Ağcabədidə DƏHŞƏT: Küçədəki ağacdan özünü asdı
21 aprel 2025 , 19:20
Dəvəquşu fermasının sahibi özünü güllələdi
21 aprel 2025 , 19:17Göygöldə 43 yaşlı kişi fermada FACİƏLİ şəkildə öldü
21 aprel 2025 , 18:01