Qusarda iki VAZ toqquşdu: 3 yaralı
24 iyul 2015 00:12 (UTC +04:00)

Qusarda iki VAZ toqquşdu: 3 yaralı

0

İyunun 23-ü axşam saatlarında Qusar rayonunda yol nəqliyyat hadisəsi baş verib.

 

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Qusar-Xudat yolunun 5-ci km-də, Balaqusar kəndi ərazisində qeydə alınıb.

 

VAZ 2107 markalı minik maşını ilə VAZ 21011 markalı avtomaşınların toqquşması nəticəsində 3 nəfər xəsarət alıb. Onlardan biri ilkin tibbi yardımdan sonra evə buraxılıb. Digər iki nəfər, VAZ 2107-nin sürücüsü, Qusar rayon sakini, 1965-ci il təvəllüdlü  Hüseynov Murad Həbib oğlu və VAZ 21011-in sürücüsü, Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Hacıyev Eduard Fərzəli oğlunun müalicəsi Qusar Mərkəzi Rayon Xəstəxanasında davam etdirilir.

 

Hər iki şəxsin vəziyyətinin orta ağır olduğu bildirilir. Faktla bağlı araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 250

Oxşar yazılar