Qumbara gəzdirən keçmiş məhkum tutuldu
06 iyul 2019 15:37 (UTC +04:00)

Qumbara gəzdirən keçmiş məhkum tutuldu

0
Sumqayıt polisinin əldə etdiyi məlumat əsasında həyata keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində üzərində qanunsuz odlu silah-sursat gəzdirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
 
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, axtarış zamanı ondan alışqanı ilə birlikdə “F-1” qumbarası aşkar edilərək götürülüb.
 
Polis bölməsində aparılan araşdırmalarla onun Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbə sakini, əvvəllər oğurluq, narkotiklərlə əlaqəli və digər cinayətlərə görə dəfələrlə məhkum olunmuş A.Məmmədov olduğu müəyyən edilib.
 
Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 803

Oxşar yazılar