Quldurluqla məşğul olan dəstə üzvləri saxlanılıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, Baş Cinayət-Axtarış İdarəsi, Göygöl RPŞ və Şabran RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 4-də İsa Alışanovun 50000 manatını, 3000 manat dəyərində qızıl əşyalarını və 2 ədəd ov tüfəngini quldurluq yolu alınıb. Quldurluqdan şübhəli bilinən Üçbulaq kənd sakini Elmidar Mirişov, Neftçala rayon sakini Qorxmaz Manafov və Şabran rayon sakini Qərib Dostəliyev tutulub.
Faktla bağlı araşdırma aparılır.