Qubada yaşayış evi yanıb
05 mart 2013 00:07 (UTC +04:00)

Qubada yaşayış evi yanıb

 

Bu gün axşam saatlarında Quba rayonunun Zərdabi kəndində yaşayış evi yanıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, 1977-ci il təvəllüdlü Bəhruz Süleymanova məxsus, ümumi sahəsi 72 kvadratmetrlik evin 36 kvadratmetri yanıb. Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Quba Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Alovun daha geniş əraziyə yayılmasının qarşısı alınıb. Evə bitişik yardımçı tikili isə yanğından mühafizə olunub. Hadisə zamanı evdə heç kim olmayıb. Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. B. Süleymanov yeni tikdiyi evə cəmi 1 həftə öncə köçüb.

 

Faktla bağlı araşdırma aparılır.

# 491
avatar

Oxşar yazılar