Quba və Şirvanda yanğın hadisəsi qeydə alınıb. Lent.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, Qubada yanğın vətəndaşa məxsus “VAZ” markalı minik avtomobilində baş verib. Nəticədə avtomobilin mühərrik hissəsi qismən yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Şirvan şəhərində vətəndaşa məxsus ümumi sahəsi 48 m2 olan birmərtəbəli 1 otaqlı evin tavanı 15 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.