Quba rayonu, İkinci Nügədi kəndində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus istirahət mərkəzində yanğın baş verib. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, ümumi sahəsi 90 kv.m olan istirahət mərkəzində mətbəxin yanar konstruksiyaları 24 kv.m sahədə yanıb.
İstirahət mərkəzinin qalan hissəsi yanğından mühafizə olunub və yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.