Qubada gənci tok vurdu
19 yanvar 2016 21:49 (UTC +04:00)

Qubada gənci tok vurdu

0

Bu gün axşam saatlarında Quba rayonunun I Nügədi kəndində bədbəxt hadisə baş verib. APA -nın şimal bürosunun verdiyi məlumata görə, 1993-cü il təvəllüdlü kənd sakini Əliyev Mətin Malik oğlunu elektrik cərəyanı vurub. O, yaxınları tərəfindən Quba Mərkəzi Rayon Xəstəxanasına gətirilib. Reanimasiya şöbəsinə yerləşdirilən yaralının vəziyyətinin ağır olduğu bildirilir.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 563

Oxşar yazılar