Qubada 34 yaşlı qadın sobanın üstünə yıxılaraq yandı
11 yanvar 2016 23:52 (UTC +04:00)

Qubada 34 yaşlı qadın sobanın üstünə yıxılaraq yandı

0

Bu gün axşam saatlarında Quba rayonunun 1-cu Nügədi kəndində bədbəxt hadisə baş verib.

 

APA - nın şimal bürosunun verdiyi məlumata görə, 1982-ci il təvəllüdlü kənd sakini İsgəndərova Fidan Bəhruz qızı yanan sobanın üstünə yıxılıb.

 

O, yaxınları tərəfindən Quba Mərkəzi rayon Xəstəxanasında çatdırılıb. Reanimasiya şöbəsinə yerləşdirilən 34 yaşlı qadına bədənin müxtəlif nahiyələrinin 2-ci dərəcəli termik yanığı diaqnozu qoyulub. Onun vəziyyətinin ağır olduğu bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 432

Oxşar yazılar