Quba hadisələrinə görə tutulmuş şəxslərin şikayətinə iyunun 14-də baxılacaq
10 iyun 2013 12:05 (UTC +04:00)

Quba hadisələrinə görə tutulmuş şəxslərin şikayətinə iyunun 14-də baxılacaq

2012-ci ilin mart ayının 1-də baş vermiş Quba hadisələrinə görə həbs edilmiş şəxslərin apelyasiya şikayəti əsasında məhkəmə prosesi iyunun 14-də Sumqayıt şəhər Məhkəməsində başlayacaq. Lent.az-ın məlumatına görə, şikayət üzrə məhkəmə baxışı həmin gün saat 16:00-da hakim İlham Həsənovun sədrliyi ilə keçiriləcək.

 

Qeyd edək ki, Quba hadisələrinə görə saxlanılan şəxslərdən Quba rayon bələdiyyəsinin sədri Elxan Əliyevə 5 il , “Xəyal” TV-nin icraçı direktoru Vüqar Qonaqova, televiziyanın baş redaktoru Zaur Quliyevə 3 il şərti cəza , Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin əməkdaşı Zakir Məmmədova 4 il, yanacaqdoldurma məntəqəsinin təsisçisi Gülağa Ağayevə 2 il 6 ay, onun nəvəsi Muxtar Ələkbərova 3 il 6 ay həbs cəzası verilib.

Qeyd edək ki, Quba rayon bələdiyyəsinin sədri Elxan Əliyev, “Xəyal” TV-nin icraçı direktoru Vüqar Qonaqov, baş redaktoru Zaur Quliyev, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin əməkdaşı Zakir Məmmədov Cinayət Məcəlləsinin 233, 309.2-ci maddəsi ilə, yanacaqdoldurma məntəqəsinin təsisçisi Gülağa Ağayev 233-cü maddə ilə, Muxtar Ələkbərov 186.2.1, 186.2.2, 233-cü maddələri ilə ittiham olunublar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 386
avatar

Oxşar yazılar