Qonşusunun evindən oğurluq edən Kürdəmir sakini tutulub
09 aprel 2014 10:31 (UTC +04:00)

Qonşusunun evindən oğurluq edən Kürdəmir sakini tutulub

 Kürdəmirdə qonşusunun mənzilindən oğurluq edən şəxs saxlanılıb.


 

APA-nın məlumatına görə, hadisə Kürdəmir rayonunun Topalhəsənli kəndində qeydə alınıb.

 

Kənd sakini, 1990-cı il təvəllüdlü Famil Cəfərov gündüz saatlarında qonşusu İradə Məmmədovanın evinə girərək pul və qızıl və qızıl-zinət əşyaları oğurlayıb. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən Famil Cəfərov tutularaq istintaqa təhvil verilib.

 

O, oğurluq etdiyini etiraf edərək, qonşusunun evindən döşəyin altından 300 manat pul və qızıl-zinət əşyalarını oğurladığını bildirib. O, İ.Məmmədovanın evdə olmadığını fürsət bilərək oğurladığı qızıllardan 2 ədəd üzüyü satdığını, götürdüyü puldan 70 manatla mağazalara olan borcunu ödədiyini, 30 manatını isə spirtli içki və siqaret üçün xərclədiyini bildirib.

 

Qeyd edək ki, Famil Cəfərov əvvəllər də məhkumluq həyatı yaşayıb.

 

Faktla bağlı Kürdəmir rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

 

# 332
avatar

Oxşar yazılar