Qonşusunu bıçaqlayana hökm oxundu
Bakı Ağır Cinayətlər Məhkəməsində qonşusunu bıçaqlamaqda təqsirli bilinən İntiqam Mustafayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
APA-nın məlumatına görə, hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında İ. Mustafayev 3 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, 1994-cü il təvəllüdlü Elməddin Taleh oğlu Əliyev yanvarın 3-də gecə saatlarında yaşadığı A. Qurban küçəsi, 25 saylı evin qarşısında qonşusu, 1993-cü il təvəllüdlü İ. Mustafayev tərəfindən bıçaqlanıb.
Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.
Hadisəni törədən İ. Mustafayev könüllü polisə təslim olub.
1429