Qonşular arasında dava bıçaqlanma ilə yekunlaşdı
14 iyun 2016 20:50 (UTC +04:00)

Qonşular arasında dava bıçaqlanma ilə yekunlaşdı

0

Gədəbəydə bıçaqlanma olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Maarif kənd sakini 1996-cı il təvəllüdlü Yaşar Nəbiyev qarın nahiyəsinin kəsilmiş deşilmiş yarası xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. O dərhal əməliyyat olunub. Vəziyyətinin orta ağır olduğu bildirilir.

 

Məlumata görə, Y. Nəbiyev münaqişə zəminində qonşusu tərəfindən bıçaqlanıb.

 

Faktla bağlı Gədəbəy rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 429

Oxşar yazılar