Qobustanda "Toyota" körpüdən aşıb, ölən və xəsarət alan var - FOTO
15 sentyabr 2019 23:00 (UTC +04:00)

Qobustanda "Toyota" körpüdən aşıb, ölən və xəsarət alan var - FOTO

0

 

Bakı-Şamaxı yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 22:00 radələrində Qobustan rayonu ərazisində qeydə alınıb.

"Toyota" markalı minik avtomobili yoldan çıxıb və körpüdən aşıb, sürücü ölüb, sərnişini isə ağır xəsarət alıb. Hadisə yenicə baş verdiyi üçün ölən və yaralının adı hələ ki məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1099

Oxşar yazılar