QMİ-nin sektor müdirinin məhkəməsi davam edir
30 avqust 2016 11:29 (UTC +04:00)

QMİ-nin sektor müdirinin məhkəməsi davam edir

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində vətənə xəyanətdə təqsirli təqsirli bilinən ilahiyyatçı, Qafqaz Müsəlmanlar İdarəsinin sektor müdiri Elşən Mustafaoğlunun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

 

 

Lent.az-ın məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən qapalı iclasda şahidlər dindirilib. Vəkil Əfqan Hacıyev qeyd edib ki, prosesdə şahidlərin heç biri Elşən Mustafaoğlunun əleyhinə ifadə verməyib. Məhkəmə prosesi sentyabrın 6-a təyin edilib. Xatırladaq ki, Elşən Mustafaoğlu ittiham üzrə özünü təqsirli bilməyib.

 

 

Qeyd edək ki, E. Mustafaoğlu 2014-cü ildə həbs olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən təqsirləndirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 300

Oxşar yazılar