Qəzaya uğramış helikopterin bütün heyət üzvü həlak olub
Qazaxıstanın Qızılorda vilayətində qəzaya uğramış “Mi-8” tipli helikopterin ekipaj üzvünün hamısı həlak olub.
ONA-nın “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev şəxsi “Twitter” səhifəsində yazıb.
“Qızılorda vilayətində Müdafiə Nazirliyinə məxsus helikopter qəzaya uğrayıb. Helikopter Aktau-Şımkent marşrutu üzrə hərbi təlimdə iştirak edirdi. Bütün heyət üzvü həlak olub. Tərəfimdən araşdırmalar üçün göstəriş verilib. Ölənlərin ailə üzvlərinə başsağlığı diləyirəm. Onlara bütün yardımlar göstəriləcək”, - deyə prezident bildirib.
Qeyd edək ki, helikopterdə 13 nəfərlik heyət üzvü olub. Hələlik bilinməyən səbəbdən helikopter yerə çırpılıb və alışıb.
661