Qəza törətmiş şəxsin avtomobilində heroin aşkar edilib
03 iyun 2019 17:31 (UTC +04:00)

Qəza törətmiş şəxsin avtomobilində heroin aşkar edilib

0
Bu il mayın 31-də Nəsimi rayonunun M.Cəfərov küçəsində naməlum şəxs idarə etdiyi “Hyundai” markalı avtomobili yolun kənarında dayanmış 3 avtomaşına vurub və sonra bu nəqliyyat vasitəsindən düşərək hadisə yerini tərk edib.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Nəsimi RPİ 20-ci PB-nin əməkdaşları tərəfindən avtomobilə baxış zamanı narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.
 
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin nəqliyyat vasitəsini idarə edən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş N.Əsgərov müəyyən edilərək saxlanılıb.
 
Şəxsi axtarış zamanı ondan heroin aşkar edilərək götürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 620

Oxşar yazılar