
Qəza törədib qaçan sürücü saxlanıldı
0
0
Gəncədə qəza törədib qaçan sürücü tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Gəncə şəhəri BPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində avqustun 24-də Gəncə şəhər sakinləri olan 2 nəfərin xəsarət almaları ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək oradan uzaqlaşan “Mercedes” markalı avtomobilin sürücüsü, Göygöl rayon sakini S.Məmmədov saxlanılıb.
Araşdırma aparılır.
0
0