Sankt-Peterburqun hüquq-mühafizə orqanları qətl törətməkdə təqsirləndirilən Azərbaycan vətəndaşını həbs edib.
APA-nın “RİA Novosti”yə istinadən xəbərinə görə, saxlanılan şəxs 33 yaşlı Azərbaycan vətəndaşı Samir Cəfərovdur.
İstintaqın versiyasına görə, 16 dekabr 2012-ci ildə şəhərin mərkəzindəki gecə klublarından birində S.Cəfərov bir nəfərlə mübahisə edib. Mübahisəni klubdan çıxaraq küçədə davam etdirən zaman S.Cəfərov travmatik silahdan atəş açaraq İnquşetiya sakinini qətlə yetirib, daha iki nəfəri yaralayıb.