Qəbiristanlıqdan oğurluq etmiş şəxslər yaxalanıb. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu il iyulun 19-da Biləsuvar rayonunun 3 saylı qəsəbəsi ərazisindəki qəbiristanlıqdan 4 ədəd mərmər güldanı oğurlamaqda şübhəli bilinən İmişli rayon sakinləri Zülfüqar Nuruzadə və Usub Hüseynov Cəbrayıl RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıblar.
Araşdırma aparılır.