Qəbiristanlıqdan oğurluq edən şəxs tutuldu
23 may 2017 14:16 (UTC +04:00)

Qəbiristanlıqdan oğurluq edən şəxs tutuldu

0

Cəlilabadda qəbiristanlıqdan oğurluq etmiş şəxs yaxalanıb. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, mayın 12-də Cəlilabad rayonunun Günəşli kəndindəki qəbiristanlıqda məzarlardan birinin ətrafına çəkilmiş alüminiumdan olan çəpər oğurlanıb.

Cəlilabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Günəşli kənd sakini Tural Vəliyev tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 233

Oxşar yazılar