Bu gün Qəbələdə ardıcıl üç zəlzələ qeydə alınıb. Respublika Seysmoloji Xidmət Mərkəzindən Lent.az-a verilən məlumata görə, yeraltı təkanlar 06:38-də Qəbələ şəhərindən 22 km şimali-şərqdə qeydə alınıb. Zəlzələ episentrdə 6 bal, Qəbələdə 5 bal və respublikanın əksər rayonlarında 4 - 3 bal gücündə hiss olunub.
İnsan tələfatı yoxdur.
Qəbələdə baş vermiş digər zəlzələ isə yerli vaxtla 08:55-də olub. Zəlzələ 3.3 maqnidutata, 15 km dərinlikdə baş verib. Zəlzələ hiss olunmayıb.
Adıçəkilən rayonda üçüncü zəlzələ 09:19-da qeydə alınıb. Qəbələ şəhərindən 25 km şimal-şərqdə zəlzələ qeydə alınan yeraltı təkanlar 3.1 maqnitudada, 11 km dərinlikdə baş verib.
Yeraltı təkan hiss olunmayıb.
***
10:07
Bu sabah Qəbələdə zəlzələ olub. Lent.az-ın məlumatına görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinə məlumat verilib. Məlumata əsasən, sentyabrın 28-də Bakı vaxtı ilə saat 06:38-də Qəbələnin 22 km şimal-şərqə, zəlzələ qeydə alınıb.
Episentrdəki maqnituda 5,4 bal olub. İlkin məlumata əsasən Tələfat və dağıntı barədə məlumat daxil olmayıb.