Qəbələdə keçirilən Beynəlxalq Tələbə Konfransı davam edir
30 iyun 2016 16:37 (UTC +04:00)

Qəbələdə keçirilən Beynəlxalq Tələbə Konfransı davam edir

0

Qəbələ şəhərində iyunun 29-da başlayan “Gənclərin Dialoqu - Beynəlxalq gömrük əməkdaşlığının genişləndirilməsi yolu ilə potensialın artırılması” mövzusunda Beynəlxalq Tələbə Konfransının 2-ci  iş günü 2 sessiya ilə davam edib.

 

Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən məlumata görə, günün birinci yarısında keçirilən “Gömrük potensialının gücləndirilməsi” adlı sessiyada “21-ci əsrdə gömrük potensialının gücləndirilməsi - gələcəkdə necə uğur əldə etmək olar” adlı ilk məruzə ilə sessiyanın moderatoru, Gömrük işinin  modernləşdirilməsi üzrə məsləhətçi  Hendrikus van Zandvijk çıxış edib. Daha sonra Münster, Ukrayna  Gömrük və Maliyyə Universiteti, Rusiya Federasiyasının Şimal-Qərb İdarəçilik İnstitu, Macarıstan Milli Dövlət Quluğu Universitetinin müəllimləri, Beynəlxalq Gömrük Universitetləri şəbəkəsinin, Makedoniya  gömrük xidmətinin mütəxəssisləri müxtəlif mövzularda öz fikirlərini iştirakçılarla bölüşüblər.

Günün ikinci yarısında keçirilən “Gömrük risklərinin təhlili və idarə edilməsi” adlı  2 sessiyada isə müxtəlif ölkələrdən olan tanınmış alimlərin, gömrük mütəxəssislərinin və tələbələrin təqdimatında “Risklərin idarə edilməsi”,  “Gömrük işi sahəsində saxtakarlıq riskləri”, “Utilizasiya haqqı: Rusiya Federal Gömrük Xidmətinin ümumi baxışı və praktiki yanaşması”, “Yüklərdə risklərin təhlili və idarə edilməsi ilə bağlı gömrüyün təcrübələri (Liszt Ferenc Beynəlxalq hava limanında)”, “İttifaqın gömrük məcəlləsində gömrük borcunu tənzimləyən qanunlar”, “İmkanlar və təhlükələr - beynəlxalq ticarətdə ikili təyinatlı mallar”, “Gömrük nəzarətində risklərin təhlili”, “Beynəlxalq ticarətdə gömrük işi sahəsində təhdidlərin səbəb olduğu problemlər. Təhlil və nümunələr”, “Azərbaycanda qaçaqmalçılığa qarşı mübarizə”  mövzularında çıxışlar olub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 417

Oxşar yazılar