Bu gün saat 11:30 radələrində Qazax rayonunun Cəfərli kəndindəki N saylı hərbi hissədə silahlı insident baş verib. Anspress-in bölgə müxbirinin verdiyi məlumata görə, Yevlaxdan hərbi xidmətə çağırılmış 1994-cü il təvəllüdlü Vahid Telman oğlu Ağabalazadə əsgər yoldaşı, Yevlaxdan çağırılan 1993-cü il təvəllüdlü Ruslan Mirzə oğlu Şahbazovu güllələyib. Baş nahiyəsindən ağır yaralanan əsgər R.Şahbazov hospitala yerləşdirilib.
Onun vəziyyətinin ağır olduğu bildirilir. Hadisənin ehtiyatsızlıqdan baş verdiyi deyilir. Hələlik insidentlə bağlı hərbi hissədən heç bir açıqlama verilməyib.
Qazaxda hərbi hissədə atışma
2469