Qax Rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə avqust ayının 22-də rayonun Qaxbaş kəndində qeydə alınıb.
Qaxbaş kənd sakini, 1949-cu il təvəllüdlü Papiaşvili Leonid Semyonoviçin meyiti yaşadığı evin həyətyanı sahəsindəki yardımçı tikilidə asılmış vəziyyətdə qonşuları tərəfindən aşkar olunub.
Rayon hüquq-mühafizə orqan işçilərinin hadisə yerində apardıqları ilkin araşdırma zamanı məlum olub ki, rayonda taksiçiliklə məşğul olan, tək yaşayan L. Papiaşvili üç gün əvvəl intihar edib.
L. Papiaşvili son zamanlar əsəb xəstəliyindən əziyyət çəkib.
Məlumatda o da bildirilir ki, mərhumun iki qızı, bir oğlu var.
Mərhumun oğlu hazırda qonşu Gürcüstan Respublikasında polis orqanında işləyir, qızları isə Qax rayonunda ərdədirlər.
Faktla bağlı Qax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.