Qaxda 40 yaşlı kişi sirkə turşusundan zəhərlənib.
APA-nın şimal-qərb bürosunun məlumatına görə, axşam saatlarında rayonun Almalı kənd sakini, 1979-cu il təvəllüdlü Tağı Nəsib oğlu Nəsibov zəhərlənmə əlamətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına daxil olub. T.Nəsibovun yaşadığı ünvanda hələ ki bilinməyən səbəbdən sirkə turşusundan zəhərləndiyi müəyyən edilib. Hazırda xəstəxananın Reanimasiya şöbəsində T.Nəsibovun müayinə və müalicəsi davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.