Qarabağ su kanalının Ağcabədi rayonunun Xocavənd kəndi ərazisindən keçən hissəsində batan şəxsin kimliyi məlum olub. APA-nın Qarabağ bürosunun xəbərinə görə, bu Ağcabədi şəhər Şıxəli Qurbanov küçəsində yaşayan 1995-ci il təvəllüdlü Talıbov Ceyhun Vüqar oğludur. O, bu gün dostlarından birinin ad günü münasibətilə keçirilən mərasimdə olub. Məclis başa çatdıqdan sonra gənclər "Qarabağ" kanalında çimməyə gediblər. Nəticədə C. Talıbov suda batıb. Onu xilas etmək mümkün olmayıb.
Hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ərazidə Ceyhun Talıbovun axtarışını davam etdirirlər.
***
20.12
Ağcabədi də bir nəfər su kanalına düşüb.
APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə Qarabağ su kanalının Ağcabədi rayonun, Xocavənd kəndi ərazisindən keçən hissəsində bir nəfərin batması barədə məlumat daxil olub.
FHN-in xilasediciləri tərəfindən həmin şəxsin axtarışına başlanılıb.