Qanunsuz silah aşkar edildi
29 aprel 2017 16:55 (UTC +04:00)

Qanunsuz silah aşkar edildi

0

Azərbaycanın bir sıra yerlərində silahları qanunsuz saxlayan şəxslər aşkar edilib. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Sabunçu RPİ 15-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Zabrat qəsəbəsi ərazisində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Heydər Murtuzovdan "AK-74" markalı silah, 26 ədəd patron və 1 patron darağı götürülüb.

 

Sabunçu RPİ 42-ci PB-nin əməkdaşları tərəfindən Nardaran qəsəbəsi ərazisində nömrəsi silinmiş "İJ-54" markalı ov tüfəngi və 58 ədəd avtomat patronu tapılıb.

 

Balakən RPŞ-nin əməkdaşları tərəfindən Tülü kənd sakini Aslan Çukqurayevdən müvafiq sənədləri olmayan "İJ-58" markalı tüfəng götürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 309

Oxşar yazılar