Martın 3-dən 10-dək Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti qurumlarının əməkdaşları tərəfindən “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması məqsədilə ölkə ərazisində növbəti reydlər keçirilib. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Samux rayonu ərazisində keçirilmiş reyd zamanı ov edən 3 nəfər naməlum şəxs saxlanılaraq onlardan 3 ov tüfəngi, 6 patron götürülüb və barələrində qanunamüvafiq qaydada akt tərtib olunub.
Hazırda sənəd təqdim etməyən qanun pozucularının şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün qanunvericiliyə uyğun qaydada zəruri tədbirlər görülür.
Respublika ərazisində qanunsuz ov hallarının qarşısını almaq məqsədilə reydlər davam etdirilir.