Qanunsuz ət satanların məhkəməsi oldu
15 iyul 2016 18:14 (UTC +04:00)

Qanunsuz ət satanların məhkəməsi oldu

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qanunsuz ət satışı ilə məşğul olmaqda təqsirləndirilən Sərdar Şahverdiyev, Alıbəy Rzaxanov və Tamerlan Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

 

APA-nın məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər irəli sürülən ittihamla özlərini təsirli bilməyiblər.

 

 

Məhkəmə prosesi iyulun 26-da davam etdiriləcək.

 

 

Xatırladaq ki, Sərdar Şahverdiyev, Alıbəy Rzaxanov və Tamerlan Abdullayev Cinayət Məcəlləsinin 200.2-ci (istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi üzrə  ittiham olunurlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 358

Oxşar yazılar