Qadınları cinsi istismara məruz qoyan şəxs tutulub. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şəmkir rayon sakini Məhbubə Məmmədova gəlir əldə etmək məqsədi ilə qadınları Türkiyəyə aparıb. M.Məmmədova qadınları cinsi istismara məruz qoyması faktı ilə əlaqədar tutulub.
Araşdırmalar davam etdirilir.