Məcburi köçkünün evinə maskalı BASQIN <span style="color:red;">- YENİLƏNİB
07 iyul 2016 12:18 (UTC +04:00)

Məcburi köçkünün evinə maskalı BASQIN - YENİLƏNİB

 

Biləsuvarda yaşayış evinə basqın olub.

 

 

Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə qeydə alınıb. Cəbrayılrayon sakini, 1949-cu il təvəllüdlü Zeynəb Haqverdiyevanın yaşadığı 9 saylı evə girən maskalı şəxslər, onu və oğlu 1976-cı il təvəllüdlü Namiqi döyərək pul vermələrini tələb ediblər. Səs-küy yarandığından istədiklərinə nail ola bilməyən şəxslər evi tərk ediblər.

 

 

Polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinənlərdən biri, Sabirabad şəhər sakini, əvvəllər məhkum olunmuş 1969-cu il təvəllüdlü İslam Həmid oğlu Cəfərzadə tutulub.

 

Hadisə ilə bağlı tədbirlər davam etdirilir.

 

 

***

 

Qadının evinə girib, hədə qorxu ilə pul tələb edən şəxs saxlanılıb.

 

Lent.az-ın DİN-in saytına istinadən məlumatına görə,  Cəbrayıl RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 26-da Zeynəb Haqverdiyevanın yaşadığı evə girib onu və oğlu Namiqi döyərək pul vermələrini tələb etməkdə şübhəli bilinən Sabirabad şəhər sakini, əvvəllər məhkum olunmuş İslam Cəfərzadə tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 132
avatar

Oxşar yazılar