Gəncədə evdən oğurluq etmiş şəxs tutulub.
Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Kəpəz RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 28-də rayon sakini Təhminə Yaqubovanın evindən 3000 manat pul və 10000 manat dəyərində qızıl əşyalar oğurlamış Samux rayon sakini, əvvəllər məhkum olunmuş İsmət Abdullayev tutulub.