Qaradağda oğurluq hadisəsi qeydə alınıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 1-də Lökbatan qəsəbəsi ərazisindəki xəstəxanaların birində Bakı şəhər sakini Ş.Xəlilovanın çantasından 1530 manat oğurlamaqda şübhəli bilinən paytaxt sakini S.Quliyeva saxlanılıb.
Araşdırma aparılır.