Azərbaycanda daha bir nəfər dənizdə batıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, iyulun 31-də Sumqayıt şəhəri ərazisindəki dəniz çimərliyində Bakı şəhər sakini Təhminə Səmədova dənizdə çimərkən boğulub. Onun meyiti sudan çıxarılıb.