Azərbaycanlı qadınların Rusiyada cinsi istismara məruz qalması faktı müəyyən olunub. Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə Bakı şəhər sakini Sima Nəsirovanın gəlir əldə etmək məqsədi ilə qadınları Rusiya Federasiyasında cinsi istismara məruz qoyması faktı aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.