Qaçırdığı avtomobildə yaxalandı
02 iyul 2016 14:27 (UTC +04:00)

Qaçırdığı avtomobildə yaxalandı

Gəncə şəhərində avtomobil qaçırmış şəxs tutulub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, iyunun 30-da Gəncə şəhərindən şəhər sakini Sahib Rzayevə məxsus “Opel” markalı avtomobil qaçırılıb. Avtomobilin iyulun 1-də Yevlax rayonu istiqamətində hərəkətdə olması DİN-in Təhlükəsiz Şəhər Xidməti əməkdaşları tərəfindən aşkar edilib, görülmüş tədbirlərlə Yevlax RPŞ Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Nəqliyyat vasitəsini qaçırmış Goranboy rayon sakini, əvvəllər məhkum olunmuş Azər Nağıyev avtomobillə birgə Kəpəz RPİ-yə təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 205
avatar

Oxşar yazılar