Gömrükdə külli miqdarda qaçaqmal siqaret aşkarlandı
16 may 2016 10:43 (UTC +04:00)

Gömrükdə külli miqdarda qaçaqmal siqaret aşkarlandı

0

 

Rusiya Federasiyasından qaçaqmalçılıq yolu ilə gətirilən siqaretlərin realizə olunması barədə əməliyyat aparılıb.

 

Gömrük Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Baş idarəyə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində yerləşən Azərbaycan vətəndaşına məxsus ticarət obyektində Rusiyadan qaçaqmalçılıq yolu ilə gətirilən siqaretlərin realizə olunması barədə əməliyyat məlumatı daxil olub.

 

Həmin obyektə Baş idarənin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları tərəfindən keçirilən baxış zamanı Qazax rayon sakininə məxsus, üzərində hər hansı aksiz markası olmayan, eyni zamanda Rusiya, Gürcüstan, Ukrayna və Belarus dövlətlərinin aksiz markası ilə markalanankülli miqdarda xarici markalı siqaretlər aşkar edilərək götürülüb.

 

Aksiz Baş Gömrük İdarəsinin əməkdaşları ölkə ərazisinə qaçamalçılıq yolu ilə gətirilən külli miqdarda siqaretlərin realizə edilməsinin qarşısını alıb.

 

Hazırda faktla bağlı araşdırma aparılır.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 218

Oxşar yazılar