Rusiya prezidenti Vladimir Putin və İsrailin baş naziri Binyamin Netanyahu arasında telefon danışığı olub. APA-nın Kremlin rəsmi saytına istinadən verdiyi xəbərə görə, tərəflər Suriyadakı böhran daxil olmaqla Yaxın Şərq regionundakı vəziyyəti müzakirə ediblər.
Vladimir Putin BMT himayəsi altında Suriya danışıqlarının əhəmiyyətini və İŞİD-lə mübarizənin alternativsizliyini qeyd edib”, deyə məlumatda qeyd olunub.
Putin və Netanyahu müxtəlif səviyyələrdə aktiv dialoqun davam etdirilməsinə və terrorla mübarizə istiqamətində addımların əlaqələndirilməsinə dair razılığa gəliblər.