
Prezidentdən GÖSTƏRİŞ: “Diqlas”da yanğından zərərçəkənlərə kompensasiya ödəniləcək
Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə “Diqlas” Ticarət Mərkəzində baş verən yanğından zərərçəkən vətəndaşlara kompensasiya ödəniləcək.
ONA-nın məlumatına görə, bu barədə Nizami rayon İcra Hakimiyyətində "Diqlas" Ticarət Mərkəzində baş verən yanğından zərərçəkənlərlə keçirilən görüşdə Prezident Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdir müavini Hüseyn Mövsümov bildirib.
O qeyd edib ki, yanğın hadisəsi ilə əlaqədar məsələlər prezident İlham Əliyevin və birinci vitse-prezident Mehriban Əliyevanın nəzarətindədir: “Hər bir vətəndaşa dəyən ziyana görə kompensasiya ödəniləcək. Bununla əlaqədar komissiya yaradılacaq. Həmin komissiya dəymiş zərəri hesablayacaq”.
Görüşdə həmçinin qeyd olunub ki, baş vermiş yanğınla bağlı cinayət işi başlanıb, ticarət mərkəzinin səlahiyyətli şəxsləri qanun qarşısında cavab verəcəklər.
Oxşar yazılar

Şahbuzda FACİƏ: 69 yaşlı qadın göldə boğuldu
3 iyul 2025 , 11:32
İki azərbaycanlı ailə Rusiyadan qovuldu
3 iyul 2025 , 11:03Sabunçuda narkotik satan 5 nəfər saxlanıldı -VİDEO
3 iyul 2025 , 10:58
Səfərbərlik Xidməti 62 nəfər barəsində Baş Prokurorluğa müraciət etdi
3 iyul 2025 , 10:38
Bakıda 14-cü mərtəbədən yıxılan qız SAĞ QALDI
3 iyul 2025 , 10:21
Lənkəranda 65 yaşlı kişini bıçaqlayan şəxs tutuldu
3 iyul 2025 , 10:18
Bakıda istirahət mərkəzində FACİƏ: "tok" vurub öldürdü
3 iyul 2025 , 09:47