Prezident İlham Əliyev serbiyalı həmkarını təbrik edib
13 fevral 2016 18:26 (UTC +04:00)

Prezident İlham Əliyev serbiyalı həmkarını təbrik edib

0

 

Prezident İlham Əliyev Serbiya Respublikasının prezidenti Tomislav Nikoliçini təbrik edib.

 

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, təbrik məktubunda deyilir:

 

“Hörmətli cənab Prezident,

 

Serbiya Respublikasının milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

 

İnanıram ki, Azərbaycan ilə Serbiya arasında qarşılıqlı etimada və dəstəyə əsaslanan dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.

 

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Serbiya xalqına əmin-amanlıq və tərəqqi arzulayıram”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 370

Oxşar yazılar