Poroşenko orduya peşəkar zabitlərin çağırılmasına qərar verdi
21 avqust 2014 20:56 (UTC +04:00)

Poroşenko orduya peşəkar zabitlərin çağırılmasına qərar verdi

Ukrayna prezidenti Pyotr Poroşenko səfərbərliyin üçüncü mərhələsində orduya peşəkar zabitləri  çağırmaq niyyətindədir 

 

Lent. az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

 

“Pyotr Poroşenko rotasiya cədvəlini təsdiqləyərək səfərbərliyə düzəlişlər edib. Söhbət səfərbərliyin üçüncü mərhələsində orduya peşəkar zabitlərin  çağırılmasından gedir. Orduya hərbi ixtisaslı şəxslər – xüsusi təyinatlılar, topçular və digər hərbi mütəxəssislər çağırılacaq”, deyə məlumatda bildirilir.   

 

Bundan əlavə, bu günlərdə ölkənin  şərqindəki  xüsusi əməliyyat zonasına Ukrayna Silahlı Qüvvələrinin və Milli Qvardiyanın iki taboru göndəriləcək.

 

Qeyd edək ki, Ukrayna prezidenti Pyotr Poroşenko iyulun sonunda qismən səfərbərlik haqqında qanun imzalayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 871
avatar

Oxşar yazılar