Polisləri söyüb-döyənlərə cinayət işi açıldı
30 iyul 2015 18:03 (UTC +04:00)

Polisləri söyüb-döyənlərə cinayət işi açıldı

Baş Prokurorluq Abşeron rayonunda polis əməkdaşlarına qarşı zor tətbiq etmiş şəxslər barəsində cinayət işinin başlaması ilə bağlı məlumat yayıb.

Lent.az prokurorluğa istinadən xəbər verir ki, iyulun 29-da saat 11 radələrində əvvəllər məhkum olunmuş Nurlan Manafov, Rəcəb Manafov, Teymur Əliyev, Vüsal Əliyev, Xatirə Əliyeva və hələlik adları istintaqa məlum olmayan bir neçə şəxs Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində ictimai qaydanı kobud surətdə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməklə ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ictimai qaydanın pozulmasının qarşısını alan Binəqədi rayon Polis İdarəsinin DYPŞ-nin YPX-nin inspektorları İqbal Kamilovu və Çingiz Həsənovu, rayon Polis İdarəsinin PPXB-nün polis nəfərləri Ruslan Quliyevi və Mircəlal Seyidovu nəlayiq sözlərlə söyüb təhqir edərək zor tətbiq ediblər. Həmçinin onlar polis əməkdaşlarına bədənlərinin müxtəlif nahiyələrindən qəsdən vurmaqla müxtəlif dərəcəli xəsarətlər yetiriblər.

 

Başlanmış cinayət işi üzrə Nurlan Manafov şübhəli şəxs qismində tutulub.

 

Hazırda iş üzrə istintaq Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə davam etdirilir və cinayətin iştirakçılarının tam dairəsinin müəyyənləşdirilməklə istintaqa cəlb edilmələri istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 211
avatar

Oxşar yazılar