Polislər qanlı cinayət törətmiş şəxsi yaxalayıb
23 may 2017 13:23 (UTC +04:00)

Polislər qanlı cinayət törətmiş şəxsi yaxalayıb

0

 

Mayın 21-də axşam saatlarında Xəzər rayonunun Qala qəsəbəsində bıçaqlanma hadisəsi baş verib. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, "Stansiya" adı ilə tanınan ərazidə Əlahiddə Çevik Polis Alayının əməkdaşları - polis serjantları Yavər Rəcəbov və İntiqam Manafov bıçaq xəsarətləri almış Rövşən Ağayevə yardım göstərərək onu təcili xəstəxanaya göndərdilər.

 

Polis əməkdaşları çox keçmədən hadisəni törətmiş Zaur İsmayılovu yaxalayaraq Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinə təhvil veriblər.

 

Hadisə barədə Əlahiddə Çevik Polis Alayının bölük komandiri, polis mayoru Fikrət Abdullayev bildirdi ki, hər iki əməkdaş ekstremal vəziyyətdə düzgün qərar qəbul etməklə cinayət hadisəsinin vaxtında açılmasına nail olublar.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 418

Oxşar yazılar