61 yaşlı Sabirabad sakini polis şöbəsində öldü
19 avqust 2014 11:56 (UTC +04:00)

61 yaşlı Sabirabad sakini polis şöbəsində öldü

Sabirabad Rayon Polis Şöbəsində ölüm faktı qeydə alınıb.

 

APA-nın məlumatına görə, şöbədə saxlanılan 61 yaşlı Məhərrəm Abbasov qəfildən dünyasını dəyişib.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan ZahidovAPA-nın sorğusuna cavabında faktı təsdiqləyib. Bildirib ki, Sabirabad Rayon Məhkəməsinin qərarı ilə Cinayət Məcəlləsinin 263-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə təqsirləndirilən şəxs qismində Polis Şöbəsinin Müvəqqəti Saxlanma Yerində saxlanılan, 1953-cü il təvəllüdlü Məhərrəm Abbasovun səhhəti kəskin pisləşib. Kəskin ürək ağrıları ilə Rayon Mərkəzi Xəstəxanasına çatdırılan M. Abbasov infarktdan dünyasını dəyişib.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1739
avatar

Oxşar yazılar