Ötən gün saat 23:30 radələrində Şəmkir-Gədəbəy yolunda ağır yol qəzası baş verib. Lent.az-ın kəpəztv-yə istinadən məlumatına görə, yolun 17-ci km-də, Şəmkirin Qasımalılar kəndi ərazisindən keçən hissəsində Oqtay Muradov idarə etdiyi "VAZ-21099" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın dərəyə aşıb.
Nəticədə sürücü yaralı halda Şəmkir MRX-na yerləşdirilib. Kəlbəcər rayon Polis Şöbəsində polis mayoru olan Oqtay Muradov həmin vaxt ağır dərəcəli sərxoş olub. Baxmayaraq ki, sürücülük hüququ da yoxdur.
Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.