Bakıda keçiriləcək “Formula-1” yarışları ilə əlaqədar polis gücləndirilmiş iş rejiminə keçib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov bununla bağlı müvafiq əmr imzalayıb.
Polis iyunun 20-dək gücləndirilmiş iş rejimində çalışacaq.