Şəmkirdə 1 tondan artıq çətənə kolu məhv edildi
14 may 2016 13:36 (UTC +04:00)

Şəmkirdə 1 tondan artıq çətənə kolu məhv edildi

0

Xəzər RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Vüqar Abdullayevdən 0,075 qram heroin götürülüb. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, aparılmış tədbirlərlə V.Abdullayevin narkotik vasitəni Fikrət Babayevdən, onun isə Xalid Ağayevdən alması müəyyən edilib.

 

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə F.Babayev və X.Ağayev tutulub, F.Babayevdən 335 qram, X.Ağayevdən isə 1,835 qram heroin götürülüb.

 

Həmçinin, Bakı Şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsi və Suraxanı RPİ 31-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Əmircan qəsəbə sakini Məmməd Məmmədovun evinə baxış zamanı 2 kiloqram 516,94 qram marixuana, həyətyanı sahəsinə baxış zamanı isə 2315 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

 

Habelə, Şəmkir RPŞ əməkdaşları tərəfindən rayonun Çinarlı qəsəbəsi ərazisində yabanı halda bitmiş, çəkisi 1 ton 199 kiloqram olan 2181 ədəd çətənə kolları aşkar edilərək məhv edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 399

Oxşar yazılar