
Ağstafada piyadanı maşın vurub öldürdü
0
0
Ağstafada yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, hadisə avqustun 6-da saat 20 radələrində baş verib. Rayonunun Muğanlı kəndi ərazisində kənd sakini Ş.Bayramov idarə etdiyi “VAZ-21015” markalı avtomobillə yolu keçən həmkəndlisi Faiq İbrahimovu vurub. Nəticədə piyada hadisə yerində ölüb.
0
0