“Toyota” yolu keçən qadın piyadanı vurdu
05 avqust 2019 12:33 (UTC +04:00)

“Toyota” yolu keçən qadın piyadanı vurdu

0
Abşeron rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən  məlumata görə, hadisə avqustun 5-də saat 1 radələrində qeydə alınıb.
 
Abşeron rayonu ərazisində Bakı şəhər sakini P.Əhmədov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən İsmayıllı rayon sakini Mədinə Sovqatovanı vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.
 
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 574

Oxşar yazılar